Güney azərbaycanlı milli fəal Meysəm Colani 6 ay həbs və 74 şallaq cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, Ərdəbil Cinayətlər Məhkəməsində milli fəal barəsində qiyabi hökm çıxarılıb.
Məlumata görə, Ərdəbil məhkəməsinin hökmləri icra edən şöbəsinin əməkdaşları iyunun 14-də Colaninin evinə gedərək barəsində hökm çıxarıldığını, həbsxanaya müraciət etməli olduğunu bildiriblər.
Colani iyunun 15-də hökmdən Apelyasiya Məhkəməsinə şikayət edib və ittihamları qəbul etməyib.
Azərbaycanlı fəal “ictimai asayişi pozmaqda” ittiham olunub.
Colani 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı. Bir müddət nəzarətdə saxlanıldıqdan sonra sərbəst buraxılmışdı.