Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 842 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 467 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 181 298 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 015 nəfər olmaqla 153 379 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 46 800 test aparılıb.