17 İyun 2020 16:24
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya hakimiyyətinin gürcü jurnalist Georgi Qabuniyaya qarşı sui-qəsdə cəhd etmək istədiyi ilə bağlı hər hansı bir şübhə absurd və yalnışdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Çeçenistan başçısı Ramzan Kadırovun Rusiya Prezidenti Vladimir Putini təhqir edən gürcü jurnalistə qarşı sui-qəsd hazırlaması ilə bağlı iddiaları rədd edib.

“Mən bu barədə heç bir açıqlama verməyəcəyəm. Bir şeyi deyim, xatırlayırsınızsa, demək olar ki, əvvəldən Rusiya hakimiyyətinə qarşı ittihamlar irəli sürülürdü. Bunlar absurd və həqiqətəuyğun deyil”, - Peskov bildirib.

Əlavə edək ki, ötən il “Rustavi 2” telekanalının canlı efirində Rusiya prezidentinin əleyhinə təhqiramiz ifadələr səsləndirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər