Rusiyada koronavirusa qarşı vaksinin könüllülər üzərində sınaqları başlayıb.
Teleqraf.com-un məlumatına görə, sınaqların ilk günündə 18 nəfər peyvənd edilib.
Peyvənd olunan şəxslərin bir müddət sonra müayinəsi keçirilib və onların yaxşı qiymətləndirilib.
Peyvəndləşmənin növbəti mərhələsi iyunun 19-da keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl vaksinin sınaqları meymunlar və dağsiçanları üzərində keçirilib. Bu heyvanlarda peyvənddən sonra hər hansı bir əks təsir müşahidə olunmayıb.