Türkiyə İraqda yeni hərbi bazalar qurmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyinin yaydığı məlumatda bildirilib.
Adını açıqlamayan bir türk rəsmisi agentliyə açıqlamasında qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK terror təşkilatının bölmələrini və mövqelərini yox etmək məqsədilə başlayan əməliyyatlar İraq hökuməti ilə razılaşdırılıb:
“Planımız budur ki, terrorçulardan təmizlənən bölgələrdə müvəqqəti hərbi bazalar quraq. Bölgədə 10 hərbi bazamız vardı. Yeniləri də qurulacaq”.
Türk rəsmisi hazırda davam edən əməliyyatların nə vaxta qədər davam edəcəyinin bəlli olmadığını bildirib.