ABŞ Ali Məhkəməsi daha 5 ştatda "mavi"lərin nikahına icazə verib.
Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, homoseksualların hüququna dair səsli-küylü iddiaya məhkəmə dünən baxıb. Məhkəmənin qərarına əsasən, Virciniya, Yuta, İndiana, Oklahoma və Viskonsin ştatlarında "mavi"lərin nikahına icazə verilib.
Beləliklə, ABŞ-da homoseksualların nikahının rəsmiləşdirilməsinə icazə verilən ştatların sayı 19-dan 24-ə çatıb.
Nihad