20 İyun 2020 21:27
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ hərbi planlarının hansı istiqamətə yönəldildiyi açıqlayıb.

Teleqraf.com "TASS"a istinadla xəbər verir ki, səfir ABŞ-ın hərbi planlarının açıq şəkildə Çin və Rusiyanı ehtiva etdiyini söyləyib.
"Bizə böyük dövlətlər arasında rəqabət anlayışı təklif olunur, əslində bu, silah yarışıdır", - deyə Antonov bildirib.

Diplomat həmçinin qeyd edib ki, Rusiyanın hadisələrin bu istiqamətdə inkişafına ehtiyacı yoxdur, əksinə bunun qarşısını almaq istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər