23 İyun 2020 18:43
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya Prezidenti Zoran Milanoviç İkinci Dünya müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş paradda iştirak etmək üçün Moskvaya planlaşdırılan səfərini ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrainskya pravda” məlumat yayıb. Məlumata görə, prezident dəftərxanasının mətbuat katibi Nikola Yeliç səfərin dövlət təyyarəsinin qəzaya uğraması və koronavirus pandemiyası səbəbindən Rusiyaya kommersiya uçuşlarının olmaması ilə əlaqədar təxirə salındığını bəyan edib.
“Prezident Milanoviç dövlət təyyarəsində yaranan nasazlıqların planlaşdırılan səfərədək təmir edilib aradan qaldırılmasının mümkün olmaması səbəbindən Moskvaya səfərini ləğv etdi. Rusiyaya kommersiya uçuşları isə hələlik başlamayıb”, – deyə o bildirib.

Nəşr xatırladır ki, dövlət təyyarəsi 13 iyun 2020-ci ildə Dubrovnikdən Zaqreb şəhərinə pasiyentin təcili tibbi təxliyəsini həyata keçirərkən, Dubrovnik hava limanına enərkən qəzaya uğrayıb. Sağ mühərrikdə əhəmiyyətli yağ itkisi aşkarlanıb. Təyyarənin təmirinin iyunun 24-də başa çatdırılması planlaşdırılır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər