Hindistan və Çinin müdafiə nazirlikləri münaqişə bölgəsindəki qüvvələrin geri çəkilməsi barədə razılıq əldə ediblər.
Teleqraf.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi hər iki tərəfin sərhədlərə nəzarət məsələsində fikir mübadiləsi apardığını, gərginliyin aradan qaldırılması üçün vacib qərarlar verildiyini açıqlayıb.
Rəsmi Pekin iyunun 15-də Hindistan ordusu ilə qarşıdurma zamanı 40-dan çox çinli hərbçinin ölməsi iddiasını təkzib edilib.
Hindistan Baş Qərargahından verilən açıqlamada Ladaxın Moldo bölgəsində hərbi komandanlar səviyyəsində baş tutan görüşün müsbət sonluqla başa çatdığı qeyd olunub. Açıqlamada münaqişə bölgəsindəki hərbi qüvvələrin geri çəkilməsi məsələsində qarşılıqlı anlaşma əldə edildiyi vurğulanıb.
Tərəflərin hansı şərtlər daxilində geri çəkildiyi isə açıqlanmayıb.