24 İyun 2020 12:47
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə Almaniyanın Rusiyanın liderliyində “Şimal Axını-2” layihəsinə dəstək verməsini əsas gətirərək NATO-dan çıxmağı düşünürdü.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton özünün “Otaqda baş verənlər: Ağ Evlə bağlı xatirələr” adlı kitabında iddia edib.

Bolton iddia edib ki, Prezident Tramp 2018-ci il iyunun 11-də Brüsseldə keçirilən NATO liderlərinin zirvə görüşündə Almaniyanın “Şimal Axını-2” layihəsinə dəstək verəcəyi və hərbi ittifaqın maliyyələşməsi tələblərini yerinə yetirəcəyi təqdirdə hərbi alyansdan çıxmağı düşünürmüş.

Bolton qeyd edib ki, Tramp köməkçiləri ilə keçirdiyi özəl müzakirələrdən sonra bu fikrindən daşınıb.


Müəllif: Cavad

Oxşar xəbərlər