7 Oktyabr 2014 18:33
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Nikosiyanın Kipr adasının cənub sahilində təbii qaz kəşfiyyatları aparmasına etirazını bildirib.

ANS PRESS-in məlumatına görə, bu, Cənubi Kipr rəsmiləri deyiblər ki, bu, etnik olaraq ikiyə bölünmüş adada sülh danışıqlarına xələl gətirə bilər. Cənubi Kipr hökuməti iri şirkətlərin bölgədə karbohidrogen kəşfiyyatı üçün lisenziya verib. Hazırda İtaliyanın ENİ şirkətinin ərazidə qazma platforması var.

Şimali Kipr Türk Respublikası isə özünün "müstəsna iqtisadi zona”sında yeni gəmi ilə kəşfiyyatlara başladığını açıqlayıb və Cənubi Kiprin "birtərəfli" ofşor kəşfiyyatlarına etiraz edib. Türkiyə bu il oktyabrın 20-dən türk seysmik kəşfiyyat gəmilərinin fəaliyyətə başlayacağını bildirib. Kəşfiyyat işləri ENİ şirkətinin platforması yerləşən ərazidə aparılacaq. Şimali Kipr Türk Respublikasını dəstəkləyən Türkiyə Nikosiya hökumətinin kəşfiyyat işləri ilə bağlı sənədlərə etiraz edir.

Ümumiyyətlə, Baham adalarında qeydiyyatdan keçmiş “SAİPEM 10000” gəmisi 9-cu blokda – kiprli yunanların birtərəfli olaraq “müstəsna iqtisadi zona” elan etdiyi adanın cənubunda kəşfiyyata başlayıb. ENİ şirkəti də beynəlxalq cəhətdən tanınan həmin zonada fəaliyyət göstərir. Türkiyə isə bu zonanı Kipr suları kimi tanımır.

Xatırladaq ki, 2011-ci ilin sonlarında ABŞ-ın “Noble” şirkətinin apardığı hesablamaya görə, Kiprin cənubunda 5 trilyon kub metr təbii qaz ehtiyatı var. Ötən onillikdə İsraillə ayrılan həmin zolaqda mühüm kəşflər edilib. Fransanın "Total" şirkəti də Kiprdə təbii qaz kəşfiyyatı üçün müqavilə imzalayıb.


Müəllif:

Oxşar xəbərlər