24 İyun 2020 17:26
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inn Cənubi Koreyaya qarşı hərbi əməliyyat planını təxirə salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Məlumatda iddia edilir ki, Şimali Koreya lideri Kim Çen Inn Baş Qərargah tərəfindən hazırlanan və Cənubi Koreyaya qarşı hərbi əməliyyatı özündə əks etdirən planı təxirə salıb.

Kim Çen Inn bu qərarını Əmək Partiyasının Mərkəzi Hərbi Komissiyasının toplantısında elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər