Türkiyədə fəaliyyət göstərən Xalqların Demokrat Partiyasının (HDP) həbsdə olan lideri Səlahəddin Dəmirtaş partiya üzvü olan vəkillər Ebru Timtik və Aytaç Ünsalın aclıq aksiyasına başlaması ilə bağlı ədliyyə naziri Əbdülhəmid Gülə müraciət edib.
Teleqraf.com xəbər verir ki, PKK terror təşkilatına yaxınlığı ilə tanınan HDP lideri nazirdən vəkillərə kömək etməsini istəyib.
“Bütün siyasi baxışlar bir kənarda dursun, amma xahiş edirəm insanlığın ölməsinə icazə verməyin. Həmkarlarımız üçün ilk dəfədir bir siyasətçidən xahiş edirəm. Xahiş edirəm, bu məsələ ilə məşğul olun. Vəkillər Ebru Timtik və Aytaç Ünsal yaşasınlar”, - Dəmirtaş deyib.