20.59
Teleqraf.com-un "Hürriyet"e istinadən xəbərinə görə, Kobaninin İŞİD tərəfindən işğalına etiraz etmək üçün dünəndən başlayan aksiyalar Türkiyənin bir çox şəhərlərində bu gün də davam edib.
Günorta saatlarında İstanbul və Ankara başda olmaqla müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirilib. Muşun Varto mahalında yaşanan hadisələr zamanı 1 nəfər həlak olub. Etirazlar zamanı onlarla adam yaralanıb. Banklar və ATM-lər dağıdılıb, Qızıl Aya aid vasitələr yandırılıb. Mardinin Dargeçid, Derik, Kızıltepe, Nusaybin, Mazıdağı, Ömerli, Savur rayonlarında əhaliyə küçəyə çıxmaq qadağanı edilib.
20.44
Suriyanın Kobani şəhərində İŞİD-lə döyüşlərdə məğlubiyyətə uğrayan PKK Türkiyədə vəziyyəti qarışdıraraq təhlükəli bir prosesə başlamağa çalışır.
Teleraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Kobanidə baş verənlərə etiraz bəhanəsiylə Kızılayda toplanan bir qrup türk polisinə daşla hücum edib.
Sakarya prospektində toplanan qrup burada İŞİD əleyhinə şüarlar səsləndirib, üzərində Kobaniyə dəstək ifadə edilən plakatlar nümayiş etdirib.
Polis nümayişin "icazəsiz və qanunazidd" olduğunu bildirib, dağılışma barədə xəbərdarlıq etdikdə, etirazçı qrupda bu tələbə polisə daş atmaqla qarşılıq verib.
PKK tərəfdarlarının atdığı daşlar bəzi polis və jurnalistlərin yaralanmasına səbəb olub. Polis aksiyaya bibər qazıyla müdaxilə etmək məcburiyyətində qalıb.
Nihad