27 İyun 2020 10:03
2 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən ordusu Hüdeydə bölgəsində İran tərəfindən dəstəklənən qiyamçı Husi qüvvələrinə aid partlayıcı vasitələr və dronların yerləşdiyi anbarı məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yəmən ordusuna bağlı Amalika qüvvələri məlumat yayıb.

Məlumatda məhv edilən anbarın Hüdeydənin şəhər mərkəzində yerləşdiyi bildirilib. Hücumda Husi qüvvələrinin komandanlarından biri də daxil olmaqla, çox sayda qiyamçının həlak olduğu vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər