Son zamanlarda Liviyanın hökumət qüvvələrindən ağır zərbələr alan qiyamçı ordunun komandanı, general Xəlifə Haftar və ABŞ-ın “Linden Government Solutions” (LGS) adlı lobbi şirkəti arasındakı əməkdaşlıq dayandırılıb.
Teleqraf.com xəbər verir ki, sözügedən şirkətlə anlaşmanın iyunun 19-da ləğv edildiyi bildirilib.
Qiyamçı generalın ABŞ-la yaxın münasibətlər qurması üçün ötən il mayın 21-də LGS ilə müqavilə imzaladığı, keçən 13 ay ərzində şirkət tərəfindən ona 2 milyon dolların ödənildiyi qeyd edilib.
Anlaşmanın ləğv edilməsi haqda danışan LGS rəhbərinin köməkçisi Jozef Fleminq bunun müqavilənin müddətinin bitməsi ilə əlaqələndirib.
Məlumatda, eyni zamanda bildirilib ki, Türkiyənin yanvar ayından bəri Tripoliyə müdaxiləsindən sonra Haftar qüvvələri zəifləyib, bundan sonra Haftarın Rusiya və onun muzdlu qüvvələrindən yardım istəməsi ABŞ-ı qəzəbləndirib.