Yaraqlılar Kəraçi şəhərində Pakistan Fond Birjasına hücum ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Dawn” məlumat yayıb. İlkin məlumata görə, dörd hücumçu səhər saatlarında binaya daxil olaraq, atəş açmağa başlayıb. Girişdə qumbara partladılıb.
Ən azı iki vətəndaş həlak olub, daha bir neçə nəfər yaralanıb. Polisin bildirdiyinə görə, hücum edənlərin dördü də məhv edilib.