8 Oktyabr 2014 11:58
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Simane Dövlət Universitetinin cərrahları iki aylıq körpənin üzərində nadir əməliyyat aparıblar.

Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər yayıb.

Çox az təsadüf edilən ürək qüsurundan əziyyət çəkən körpənin əsas ağciyər arteriyası sağ mədəciklə deyil, sol mədəciklə birləşibmiş.

Xəstəxanadan bildiriblər ki, həkimlər təbiətin bu səhvini düzəltməyə nail olublar.
Əməliyyat həyata keçiriləndə körpənin çəkisi cəmi 1700 qram olub. Bu, Yaponiya tarixində ürək əməliyyatı aparılan ən azyaşlı pasiyentdir.

Cərrahlar deyiblər ki, ölçüsünə görə stolüstü tennis topundan kiçik olan bu orqan xüsusi, son dərəcə dəqiq cərrahi metodika tələb edib.

Əməliyyat hələ martın 3-də həyata keçirilsə də, onun haqqında yalnız bu gün, pasiyentin tam sağalmasına əmin olduqdan sonra məlumat verilib.


Müəllif:

Oxşar xəbərlər