2 İyul 2020 10:20
10 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal sağçı hərəkətləri ilə gündəmə gələn Almaniya Xüsusi Təyintlı Qüvvələrinin (KSK) bir bölümü tamamilə ləğv edilib, digər hissələrinə isə oktyabrın sonuna qədər islahat aparmaq tapşırılıb.

Teleqraf.com-un məlumatına görə, Almaniyanın Müdafiə naziri Anneqret Kramp Xüsusi Təyinatlı Qüvvələrini ziyarət zamanı bildirib ki, KSK-nin rəhbərliyi içərisində aşırı sağçıların təmizlənməsi üçün onlara 4 ay vaxt verilir.

Almaniya Silahlı Qüvvələrinin Baş Qərargahı apardığı araşdırmadan sonra bəyan edib ki, ordu arsenalından 85 min atış sursatı, 62 kioqramlıq partlayıcı maddə yoxa çıxıb.

Məxfi fəaliyyət həyata keçirən KSK ilə bağlı 55 səhifəlik hesabatda müəyyən tədbirlərin həyata keçirilməsi zərurəti vurğulanıb. Bu zaman KSK-yə aid 150 əsgərdən ibarət 2 bölük tamamilə ləğv edilib.

Qeyd edək ki, alman ordusunun Xüsusi Təyinatlı Qüvvələri 2017-ci ildən bu yana irqçilik davranışları ilə gündəmdən düşmür.

KSK komandirlərindən birinin təşkil etdiyi tədbirdə radikal sağçı musiqilər səsləndirilib, Hitler salamı ilə çəkilən fotolar isə qəzetlərin manşetinə düşüb. Bir KSK əsgəri tərəfindən gizlədilən partlayıcı maddə və silah ələ keçirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər