Dünyanın ən varlı adamının – “Amazon”un rəhbəri Jeff Bezosun sərvəti 171.6 milyard dollara - yeni bir tarixi rekorda yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Beləliklə, 2018-ci il sentyabrın 4-də əldə edilmiş əvvəlki rekord yenilənib - o zaman Bezosun sərvəti 167.7 milyard dollar təşkil edirdi.
Agentlik qeyd edir ki, yeni rekord “Amazon”un səhmlərinin qiymətlərindəki sıçrayış sayəsində mümkün olub. Çərşənbə gününün nəticələrinə görə, şirkətin səhmətlərinin qiymətləri 4.4% artaraq 2878.7 dollara çatıb. Bu, rekord hesab olunur.
May ayında kiçik biznes-konsaltinq şirkəti olan “Comparisun” 2026-cı ilin əvvəlinə qədər Bezosun sərvətinin bir trilyon dollardan çox olacağını proqnozlaşdırıb. “Forbes”-ə görə, Bezos artıq üçüncü ildir dünyanın ən varlı adamı olaraq qalır.