3 İyul 2020 15:06
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Çinlə hərbi gərginliyin ardından qeyri-adi addım ataraq Müdafiə Nazirliyinə 5,2 milyard dollar ayırıb.

Teleqraf.com xəbər verir ki, bu məbləğin Hindistan Müdafiə Nazirliyinə ayrılmasında məqsəd silahlı qüvvələrin gücləndirilməsinə xidmət edir.

Beləliklə, Hindistan Silahlı Qüvvələri 5.2 milyard dollarlıq 21 ədəd MİQ-29, 12 ədəd Su-30 MKİ hərbi təyyarələr, raket sistemləri və hərbi texnika alacaq.

Müdafiə Nazirliyi sərhədlərin gücləndirilməsi çərçivəsində Rusiyadan 21 ədəd MİQ-29 qırıcısı alınacağını açıqlayıb. Eyni zamanda 12 ədəd Sukhoi Su-30 MKİ qırıcıları isə Hindistan dövlət şirkəti olan "HAL" tərəfindən təmin ediləcək. Bu çərçivədə ölkədə olan 59 ədəd MİQ-29 moderinzasiya olunacaq.

Hərbi təyyarələrin alınması və moderinzasiya edilməsinə 2,3 milyard dollar xərclənəcək. Həmçinin Hindistan ordusu üçün proqram hazırlanan radar tezliklərinin min kilometr mənzilə sahib raket sistemlərinin və “Pinka” adlı çoxlüləli raketlər qurğusunun alınması, habelə BMP tipli texnikanın modernləşdirilməsinə dair təkliflər də qəbul edilib.

ümumilikdə 5,2 milyardlıq hərbi xərcin 4,1 milyard dolları yerli firmalardan təmin olunacq.

Qeyd edək ki, Hindistan 36 ədəd Fransa istehsalı olan “Rafale” tipli hərbi təyyarə almaq haqqında 2016-cı ildə saziş imzalayıb. İyulun sonunda bu təyyarələrdən 6 ədədi Hindistana təhvil veriləcək.

Hindistanın bu addımı Çinlə Qalvan vadisində yaşanan sərhəd toqquşmasından sonra baş verib.

Xatırladaq ki, Hindistan Çinlə yaşadığı sərhəd problemi səbəbindən Sadakhaya hava müdafiə sistemləri, zirehli texnika və artilleriya göndərmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər