5 İyul 2020 00:42
2 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Nyu York Tayms” qəzeti İranın Natanz nüvə zənginləşdirmə zavodundakı yanğınla bağlı sensasion iddia yayıb.

Teleqraf.com xəbər verir ki, nəşr yanğının təxribat nəticəsində baş verdiyini, hadisənin arxasında İsrailin dayandığını yazıb.

Yazıda qeyd olunur ki, yanğın içəriyə yerləşdirilən partlayıcı cihazdan qaynaqlanıb. Yanğının İsrailə bağlı qrupların hücumundan sonra olduğu ehtimal edilir.

Qeyd edək ki, İran Milli Təhlükəsizlik Yüksək Şurasının sözçüsü Keyvan Husrevi dünən obyektdəki hadisənin səbəbinin bəlli olduğunu, lakin təhlükəsizliklə əlaqədar uyğun vaxtda elan ediləcəyini açıqlayıb.


Müəllif: Leyla

Oxşar xəbərlər