5 İyul 12:21
474

Ermənistanda daha 706 nəfərdə koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 28 606 nəfər olub.

Ermənistanda COVID-19-dan ölənlərin ümumi sayı 484-ə çatıb.

Qeyd olunub ki, 16 140 xəstə sağalıb. Hazırda 11 824 pasiyent müalicə olunur. 122 682 test keçirilib.


Müəllif: Teleqraf.com