Ukraynanın şərqində sentyabrın 5-də atəşkəs haqqında razılaşmadan bu günə qədər ən azı 331 nəfər öldürülüb.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn məlumat verib. Onun sözlərinə qədər, əgər atəşkəs gecikdirilsəydi, ölənlərin sayı daha çox ola bilərdi.
Komissar münaqişənin başlandığı gündən indiyədək iki tərəfdən də itkilərin və yaralı sayının çox olduğuna diqqət çəkib. O bildirib ki, toqquşmalar nəticəsində ən azı 3660 nəfər ölüb, 8756-ı isə yaralanıb.
Hesabatda həmçinin Donbasda sentyabrın 5-dən genişmiqyaslı hərbi əməliyyatlar qeydə alınmadığı bildirilir.
Samir