Rusiya “Armata” platformasında yeni T-14 tanklarını xaricə satmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev Serbiya qəzetinə müsahibəsində bildirib.
D.Şuqayevin qeyd etdiyi kimi Rusiya istehsalçıları potensial alıcılara S-300 və S-400 kimi hava hücumundan müdafiə sistemlərini, həmçinin müasir təyyarə və vertolyotları təklif etməyə hazırdırlar.
“Biz yüngül MiQ-35 qırıcısını satışa çıxarmağa hazırlaşırıq, ən müasir T-14 “Armata” tankını təqdim edirik. Bir sözlə, təklif edəcəyimiz nəsə var”, – deyə “RİA Novosti” onun sözlərindən sitat gətirir.
Aprel ayında Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov Rusiyanın “Armata” platformasından olan tankların ixracı üçün qabaqcadan müraciət edildiyini açıqlamışdı. O əlavə etmişdi ki, texnika Suriyada sınaqdan keçirilib.