Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 282 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 041 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 208 938 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 219 nəfər olmaqla 187 511 nəfər təşkil edir.