9 İyul 2020 21:24
1 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev hansı vəzifədə işləməyin daha çətin olmasından bəhs edib.

Teleqraf.com xəbər verir ki, o “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində deyib:

“Prezident o insandır ki, o, ümumiyyətlə bütün ölkə üçün məsuliyyət daşıyır. Bu mənada ən çətin işdir. Baş nazir – onun da işinin həcmi olduqca böyükdür. Əgər biz ağırlığın rutinindən danışsaq, mən həm prezident, həm də hökumət başçısı olduğum üçün deyə bilərəm ki, o, baş nazirdə daha çoxdur”.

Dmitri Medvedyev qeyd edib ki, Təhlükəsizlik Şurası sədrinin müavini bir qədər başqa işdir. Bu işin həm öz çağırışları, həm də öz çətinlikləri var.

Qeyd edək ki, D.Medvedyev bundan əvvəl baş nazirliyinin ən çətin epizodları barədə danışmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər