10 İyul 2020 10:10
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun episentri kimi göstərilən ABŞ-da sutka ərzində rekord sayda yoluxma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Con Hopkins Universitetinin məlumatında qeyd olunub.

Cümə axşamıdan etibarən 65 min 551 nəfərə koronavirus diaqnozu qoyulub.

Qeyd edək ki, çərşənbə günü 60 min 20 nəfərdə yeni yoluxma qeydə alınmışdı. Beləliklə, ölkədə ümumi yoluxma sayı 3 milyon 117 min 946-ya yüksəlib.

Xəstəliyin ağırlaşması səbəbindən 133 min 290 nəfər isə dünyasını dəyişib.


Müəllif: Yeganə Oqtayqızı