Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha 6 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Beləliklə, işğal bölgəsində təsdiqlənmiş koronavirus yoluxma hallarının sayı 6 nəfər artaraq 146-ya çatıb.
Hazırda 77 nəfərin təcrid vəziyyətində saxlanıldığı bildirilib.