10 İyul 2020 16:40
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman hökumətinin sözçüsü, eyni zamanda Mətbuat və informasiya idarəsinin rəhbəri Steffan Seibertin ofisində çalışan bir əməkdaşın illərdir Misir kəşfiyyatına işlədiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Almaniya Konstitusiyasını Qoruma Təşkilatı (BfV) bəyan edib ki, Mətbuat və informasiya idarəsinin bir əməkdaşının Misir kəşfiyyatına işlədiyi iddiası əsasında prokurorluq araşdırmaya başlayıb.

Qeyd edilir ki, Misir kəşfiyyatı Almaniyada yaşayan müxalif mövqeli misirli siyasətçi və jurnalistləri təqib etməyə çalışır. “Bild” qəzeti isə yazır ki, Misirə işləyən agent idarənin qəbul şöbəsində işləyib və Almaniyada qeydiyyatdan keçə misirli jurnalistlər haqqında informasiyaya çıxışı ola bilərdi.


Müəllif: Cavad

Oxşar xəbərlər