11 İyul 2020 08:05
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı son sutkada rekord həddə çataraq 63.2 min nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 170 000 nəfəri keçib. Koronavirusa yoluxanlardan 133 969 nəfəri vəfat edib.


Müəllif: Teleqraf.com