11 İyul 2020 21:44
7 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) İranın Məşhəd şəhərində 55 yaşlı kişinin alkoqollu içki içdiyinə görə edam edilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, təşkilatın Yaxın Şərq və Şimalı Afrika ofisinin rəhbəri Diana Eltahavi yaydığı bəyanatda bu edama görə, İran Məhkəmə Sistemini “qəddar” və “qeyri-insani” adlandırıb.

O, İranda davamlı olaraq insanların edam edilməsindən təəssüf hissi keçirdiyini bəyan edib. Bəyanatda qeyd edilib ki, zalım, qeyri-insani və təhqiramiz olan edam hökmünə heç cür bəraət qazandırıla bilməz.

Təşkilat İranı növbəti dəfə edam hökmünü ləğv etməyə çağırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Məşhədin Vəkilabad həbsxanasında 55 yaşlı kişinin alkoqollu içki içdiyinə görə edam edilməsi barədə məlumat yayılıb. Qərar beynəlxalq ictimaiyyətin narazılığına və kəskin reaksiyasına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər