15 İyul 2020 12:30
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən "Vayfair" adlı internet saytı üzərindən uşaqların satıldığına dair iddialar ətrafında müzakirə və mübahisələr davam edir. Dünyada şok yaradan bu iddialar hələlik öz təsdiqini tapmasa da, azyaşlıların istismarı hər bir ölkənin ən həssas məsələsidir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı türkiyəli deputat Serap Yaşar Avropa Şurası Parlament Assambleyasında Avropada itkin düşən qaçqın uşaqların durumunu araşdıran hesabatını xatırladıb.

Bu mövzuya dair Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının “Avropada itkin düşən miqrant və qaçqın köçkünlər” adlı hesabatına görə, 2017-2019-cu illər arasında Almaniyada 11 min, Fransada 6 min, İtaliyada 20 min, İspaniyada isə 9 min 218 uşaq itkin düşüb. Hesabatda qeyd edilir ki, qaçqın və mühacirlərin uşaqlarından insan qaçaqmalçıları faydalanır. Bu vəziyyət uşaqların cinayət və digər risqlərə daha çox məruz qalmasına səbəb olur. Əlavə edilir ki, uşaqları daha çox fahişəlik, narkotik satmaq kimi cinayət əməllərinə cəlb edərək istəklərinə nail olurlar. İtkin düşən uşaqlar beləcə istismara məruz qalırlar. Hesabatda vurğulanır ki, bu kimi halların qarşısını almaq üçün qaçqın və miqrantların mümkün olduqca uşaqları ilə birgə yaşaması təmin olunmalıdır. Həmçinin polis və müvafiq strukturlar arasında bu istiqamətdə beynəlxalq əməkdaşlıq təmin olunması vacib addım kimi qeyd edilir. Təklif edilir ki, itkin olan qaçqın uşaqlar İnterpoll xətti ilə axtarışa verilməli Şengen informasiy sistemində xəbərdarlıq siqnalı yerləşdirilməlidir.


Müəllif: Cavad