16 İyul 2020 14:53
19 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kürdüstan əyalətində yaraqlı kürd dəstələrinin silahlı hücumunda “Bəsic” təşkilatının 2 üzvü həlak olub, 1-i yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin (SEPAH) “Həmzə Seyidüşşühəda” qərargahından məlumat verilib.

Məlumata görə, hadisə iyulun 15-də axşam saatlarında Kürdüstanın Bolbər kəndi yaxınlığında baş verib. Bildirilir ki, bölgədə reyd keçirən “Bəsic” qüvvələri naməlum kürd dəstələrinin silahlı hücumuna məruz qalıb. Nəticədə, hər iki tərəf arasında baş verən atışmada “Bəsic” təşkilatının 2 üzvü güllə yarası alaraq, hadisə yerində həlak olub, 1-i ağır yaralanıb.

Hücum edən tərəf hadisə yerindən qaçıb. Silahlı hücumun məsuliyyətini hələlik hər hansı bir kürd təşkilatı öz üzərinə götürməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər