Türkiyədə ər lezbiyan həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda vəkil ər 2010-cu ildə evləndiyi ukrayna əsilli yoldaşından boşanmaq üçün Ailə Məhkəməsinə müraciət edib.
İstanbul Bürosunda vəkil kimi çalışan M.İ. ukraynalı həyat yoldaşı M.M.İ-nin ona psixoloji təzyiq göstərdiyi səbəbi ilə məhkəmədən qoruma tələb edib. O, arvadının fahişəlik etdiyini və lezbiyan əlaqəsinin olduğunu iddia edib.
“Hürriyet”in məlumatına görə, şikayətçi tərəfin vəkili "Qadın kafedə fahişəlik edir və pul qarşılığında işlər görür. Kişilərlə səmimi əlaqələri var. Qadının təhqir, alçaltma və ya alçaltmağa çalışmasının qarşısını almaq üçün müvəkkilimin olduğu sahəyə 300 metr yaxınlaşmamasını tələb edirik "deyib.
Məhkəmə isə qadının ərinə 1 ay müddətində yaxınlaşmaması qərarını verib.
Rüstəm