20 İyul 2020 15:47
2 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ABŞ-a yeni səfirini təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “BELTA” xəbər yayıb.

Bildirilir ki, yeni səfir Belarus Xarici İşlər Nazirliyi rəhbərinin müavini Oleq Kravçenko olub.

Vaşinqton və Minsk 2008-ci ildə səfirlərini qarşılıqlı olaraq geri çağırıb. Hazırda hər iki ölkədə səfirliklərə müvəqqəti işlər vəkili diplomatik dərəcəsinə malik şəxslər rəhbərlik edir.

Fevral ayında ABŞ dövlət katibi Mayk Pompeo Belarusa səfər edib. Pompeo Lukaşenko və Xarici İşlər naziri Vladimir Makeylə danışıqlar aparıb. Tərəflər səfirlərin mübadiləsinə hazır olduqlarını təsdiqləyiblər.

Makey 12 illik fasilədən sonra səfirlərin iki ölkənin paytaxtına qayıtmasının əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Bununla yanaşı, o, Minskin “heç kimlə kiməsə qarşı dost olmayacağını” vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər