20 İyul 2020 22:55
6 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Xarici işlər naziri Hayko Maas Liviyadakı müharibəyə müdaxilə edən və bu ölkəyə silah-sursat göndərən dövlətlərə qarşı sanksiyaların tətbiq edilə biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, o, Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Cüzeppe Kontenin bu məsələ ilə bağlı ortaq qərarını xatırladıb.

Maas sanksiya siyahısına burada iştirak edən şirkət, dövlət qurumları və ayrı-ayrı şəxslərin daxil ediləcəyini söyləyib: “Liviyaya hərbi avadanlıq və muzdlu qüvvələrin gəmilər və təyyarələrlə daşındığını bilirik. İkinci addımda bunu həyata keçirənlərə qarşı sanksiya tətbiq edəcəyik”.

Türk mediası bu hədələrin Liviyanın BMT tərəfindən tanınan mərkəzi hökumətini dəstəkləyən rəsmi Ankaraya olunduğunu istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu