21 İyul 2020 01:17
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Çinin Sincan bölgəsində insan hüquqlarının pozulduğu iddiası ilə bu ölkənin 11 şirkətinə qarşı iqtisadi sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, sanksiya iyulun 22-də Federal Reyestrdə təsdiq ediləcək.

Sənəddə qeyd edilib ki, sözügedən 11 Çin şirkəti Birləşmiş Ştatların xarici siyasət maraqlarına zidd fəaliyyət göstərib.

Eyni zamanda vurğulanıb ki, həmin şirkətlər uyğurlara, qazaxlara və digər müsəlman azlıqlara qarşı repressiya kampaniyası, kütləvi özbaşınalıq, məcburi əmək və yüksək texnoloji nəzarət həyata keçirərək insan hüquqlarının pozulmasına və sui-istifadə hallarına yol verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər