9 Oktyabr 2014 16:52
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə gələn həftə görüşə bilər.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, oktyabrın ortalarında Asiya-Avropa sammitdə iştirak etmək üçün İtaliyanın Milan şəhərinə səfər edən Putinin Ukrayna böhranı ilə bağlı bir sıra görüşlər keçirəcək. Uşakov sammit çərçivəsində Vladimir Putin, Angela Merkel, Fransua Olland və Petro Poroşenko arasında görüşün baş tutacağını da istisna etməyib.

Öz növbəsində Prezident Administrasiyasının sədr müavini Valeri Çalıy da bu göüşün baş tutacağını bildirib. O qeyd edib ki, bu görüş Ukrayna məsələsinin daha geniş formatda müzakirə etmək üçün mükəmməl variant ola bilər.

Samir


Müəllif:

Oxşar xəbərlər