ABŞ-ın İllinois ştatında yas mərasiminə silahlı hücum olub, nəticədə 16 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, Çikaqo şəhərinin Rados mərasim evində keçirilən yasa hücum zamanı yaralananlardan 10 nəfərinin vəziyyətinin ağır, 6-nın isə yüngül olduğu açıqlanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Polis qeyd edib ki, insanlar mərasimin evindən çıxarkən avtomobildən onlara atəş açılıb. Hücum edənlərin neçə nəfər olduğu bəlli deyil.
İlkin araşdırma zamanı hadisə yerindən 60 giliz tapılıb. Polis şübhələndiyi bir nəfəri saxlayıb.