Amerika Birləşmiş Ştatları Çin Xalq Respublikasından Hyuston şəhərindəki Baş Konsulluğunu bağlamağı tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti” məlumat yayıb.
Məlumata görə, Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın onlar qarşısında belə bir tələblə çıxış etdiyini təsdiqləyib.
Qeyd edək ki, ABŞ-Çin münasibətləri son aylarda xüsusilə kəskinləşib. Bir neçə gün öncə Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İ Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon danışığında ABŞ-ı sərt tənqid etmişdi. O, Birləşmiş Ştatların mənəviyyatını, ağlını və etibarını itirdiyini söyləmişdi.
Van İ qeyd etmişdi ki, ABŞ digər ölkələri gözdən salmaq üçün koronavirus pandemiyasından istifadə edir. O, həmçinin, bildirmişdi ki, ABŞ birtərəfli fəaliyyət, eqoizm və həd-qorxu siyasətini ifrat həddə gətirir.