23 İyul 2020 12:50
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xüsusi xidmət orqanları Kabarda-Balkar Respublikasında 4 İŞİD terrorçusunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, qanlı toqquşma muxtar respublikanın paytaxtı Nalçikdə baş verib.

Terrorçular rus xüsusi xidmətinin “təslim ol” komandasına qulaq asmayaraq silahla qarşılıq verib. Rusiya Federal Kəşfiyyat Xidmətinin (FSB) İŞİD terrorçularına qarşı əməliyyat keçirərək hamısını məhv edib.

Əməliyyat meşə sahəsində olub. Xüsusi xidmət əməkdaşlarının heç biri zərər görməyib.

Öldürülən İŞİD terrorçularının evlərinə baxış keçirilib, çoxlu sənəd, partlayıcı və silah götürülüb.


Müəllif: Cavad

Oxşar xəbərlər