Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Güney Azərbaycanın Təbriz şəhərinə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Tehrandakı səfirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, erməni səfir səfəri çərçivəsində Ermənistanla Nurduz və Meğri sərhəd-keçid məntəqələrinə baxış keçirib.
Qeyd edilib ki, Tumanyan, həmçinin Şərqi Azərbaycan vilayətinin rəsmiləri ilə görüşərək, bölgədə koronavirus pandemiyasının yayılması səbəbilə ortaya çıxan problemlərlə maraqlanıb, İranla Ermənistan arasında informasiya mübadiləsi, iqtisadi və səhər xidməti sahəsində birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparıb.
Məlumata görə, Artaşes Tumanyan Təbrizə səfərində ermənilərin Güney Azərbaycandakı dini lideri, yepiskop Qriqor Çiftçiyanla da görüşüb.
Güneyli milli fəallara görə, Təbriz, Urmiya və Tehranda işğalçı rejimin Azərbaycana qarşı son hərbi təcavüzü əleyhinə keçirilən aksiyalarda onlarla fəalın həbs olunması ilə eyni vaxta düşən Tumanyanın Təbriz səfəri, rəsmi Tehranın açıq-aşkar erməniləri dəstəkləməsindən və İranda yaşayan milyonlarla azərbaycanlıya qarşı açıq düşmənçiliyindən xəbər verir.