Polis əməkdaşını öldürərək silahını oğurlayan 7 misirli edam olunub.
Teleqraf.com xəbər verir ki, 2 il əvvəl olmuş cinayət üzrə saxlanılan 7 nəfərin məhkəmə prosesi başa çatıb.
Ali Məhkəmə qərarı ədalətli hesab edib. Saxlanılan şəxslər İsmailiyyə cəzaçəkmə müəssisəsində edam olunublar.
Qeyd edək ki, son illər Misir hökuməti edam cəzalarına görə beynəlxalq təşkilatlar tərəfindən ciddi tənqid edilir.