30 İyul 2020 10:26
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liviyada hərbi baza yaratmağı planlaşdırmır və Liviya hakimiyyətinə müvafiq sorğu göndərməyib.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Rusiyanın Misirdəki səfiri Georgi Borisenko çıxış edib.

“Rusiyanın belə planları yoxdur”, – deyə G.Borisenko Misirin “TEN” telekanalının efirində açıqlamasında deyib

O qeyd edib ki, Rusiya Liviya hökumətinə nə hərbi baza, nə də dəniz baza məntəqəsi yaratmaqla bağlı sorğu ilə müraciət edib.

Bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov misirli həmkarı Sameh Şükri ilə telefonla Liviyadakı vəziyyəti müzakirə etmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər