10 Oktyabr 2014 11:48
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Türkiyə “İraq-Şam İslam Dövləti” terror təşkilatı ilə danışıqlar üçün Ankaraya hərbi qrup göndərəcək.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki məlumat yayıb. Xəbərlərə görə, gələn həftə Ankaraya yola düşəcək qrup hərbi kanalları qaydasına salmağı qarşısına məqsəd qoyub.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin başqa dövlətlərin dəstəyi olmadan Suriyada hərbi əməliyyatlara başlamayacağını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər