1 Avqust 19:23
674

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların PKK-nın İraqın şimalındakı Qara bölgəsindəki düşərgələrinə dəqiq zərbələri nəticəsində daha altı terrorçu məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyat Milli Təhlükəsizlik Təşkilatı (MİT) ilə birlikdə keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatında isə qeyd edilib ki, aparılan təbliğat işləri nəticəsində İraqda fəaliyyət göstərən daha 5 terrorçu Şırnak bölgəsində Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.


Müəllif: Teleqraf.com