2 Avqust 2020 22:25
2 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Zap bölgəsində keçirilən əməliyyatda PKK terror təşkilatının 4 yaraqlısı zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada PKK-nın bölgədəki mövqelərinə hava zərbələri endirildiyi bildirilib.

Əməliyyatların sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu