“İsrailin təhdid edildiyi hər yerdə İranın barmağı var”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon deyib.
O, BMT Təhlükəsizlik Şurasından İrana qarşı silah embarqosunun uzadılmasını tələb edib:
“Təl-Əvivin təhdid edildiyi hər yer yerdə İranın barmağı var. İrana tətbiq edilmiş silah sanksiyalarının uzadılmasına dair ABŞ-ın səylərini təqdir edirik. Digər dövlətlərin də Vaşinqton və Təl-Əvivin bu qərararını dəstəkləyəcəklərinə ümidliyik”.