İraqın paytaxtı Bağdadda hökumət binalarının yerləşdiyi əraziyə raket zərbələri endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqın “Əl-Süməriyyə” telekanalı məlumat yayıb.
Məlumatda raket zərbələrinə tuş gələn ərazidə ABŞ səfirliyinin yerləşdiyinə diqqət çəkilib. Partlayış səslərindən sonra səfirlikdə “həyəcan” siqnalının verildiyi vurğulanıb.
Hücumun kim tərəfindən təşkil edildiyi deyilməyib.